Rusiya hökuməti rublun məzənnəsini tənzimləyə bilmir

15-04-2017, 08:06           
Rusiya hökuməti rublun məzənnəsini tənzimləyə bilmir
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin möhkəm rubla qarşı olduğunu bildirib.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, M.Oreşkin "bahalı rubl ölkə iqtisadiyyatının yavaşlamasına gətirib çıxa bilər", - deyib.

"İqtisadi artım üçün 2017-ci ildə risklərdən biri son aylarda tətbiq edilən sərt monetar siyasətdir. Bu siyasət - real faizlərin artırılması və rublun ciddi möhkəmlənməsinin kombinasiyasından ibarətdir. Belə bir vəziyyət ilin ortalarına yaxınlaşdıqca iqtisadi artım tempini aşağı salacaq", - nazir əlavə edib.

M.Oreşkin inflyasiyanın ciddi yavaşladığını, ilin sonuna qədər inflyasiyanın 3%-dən də aşağı düşə biləcəyini bildirib. Onun fikrincə, idxalın artması və tədiyyə balansının mövsümi pisləşməsi amili yay aylarında cari hesabın kəsirinə gətirib çıxaracaq: "Bu da rublun zəifləməsinə səbəb olacaq".

Nazirin fikrincə, neft qiymətlərinin cari səviyyəsində RUB/USD məzənnəsi 62-yə, neft 40 dollar/barelə enərsə 68-ə yüksələcək.

Qeyd edək ki, hökumətin əsas məmurlarından birinin belə bir açıqlama verməsinə baxmayaraq, rubl möhkəmlənməyə davam edir. Bu həftənin əvvəlindən RUB/USD məzənnəsi 3%-ə yaxın möhkəmlənərək yenidən 56 səviyyəsinə yaxınlaşıb. Rublun möhkəmlənməsi manatın da məzənnəsinə müsbət təsir edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru