SSRİ-nin yetişdirdiyi İŞİD-çi Mosulda öldürüldü

15-04-2017, 20:25           

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İraqın Mosul şəhərinə aviazərbələr endirməsi nəticəsində İŞİD-in müharibə naziri kimi tanınan Əbu Ömər ləqəbli Gülmurad Halimov öldürülüb.

Axar.az xəbər verir ki, Tacikistanda doğulan Halimov SSRİ-də xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət keçib.

İttifaqın süqutundan sonra Tacikistanın Xüsusi Təyinatlı Polis Alayının rəhbərliyində çalışmağa başlayan gələcək İŞİD-çi, daha sonra Prezident Qvardiyasının tərkibinə daxil olur.

Bundan əlavə, onun 5 il ABŞ-da hərbi bazaların birində də döyüş təlimi keçdiyi bildirilib.

Tacikistanlı döyüşçü 2015-ci ildə İŞİD-ə qoşulmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru