Moskva Fars körfəzinin Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə qarşılıqlı fəaliyyətin yaxşı perspektivinə inanır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
Qeyd edək ki, bu gün Qətərin Xarici İşlər naziri Moskvaya gəlib. Tərəflər arasında görüşdə Yaxın Şərq və Afrika müzakirə olunub.
Fars körfəzinin Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman daxildir. Bu təşkilat İranı özünün əsas düşməni kimi görür.