Venesuelada etiraz aksiyaları zamanı vandalizmə görə 30 nəfər saxlanılıb

16-04-2017, 10:19           
Venesuelada etiraz aksiyaları zamanı vandalizmə görə 30 nəfər saxlanılıb
enesuela hökuməti Miranda ştatının paytaxtı Los-Tekes şəhərində keçirilən etiraz aksiyaları zamanı qanun pozuntularına yol verən 30 nəfəri saxlayıb.
“Report” xəbər verir ki, bu barədə şənbə günü “El Nacional” qəzeti yazıb.
"Saxlanılan şəxslər infrastruktur obyektlərinin dağıdılması ilə məşğul olub, hərəkəti əngəlləyib və ştat paytaxtının küçələrini bağlayıblar. Şənbə günü təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüblər”, - deyə nəşr şəhərin yerləşdiyi Quaykapuro bələdiyyəsinin rəhbəri Fransisko Qarsesanın sözlərini sitat gətirir.
Bildirilir ki, iğtişaş iştirakçıları bir neçə mağazanı qarət edib və dəfələrlə polislə toqquşmaya giriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru