Qisas: bir şəhərdə 8 mərkəzi yandırdılar 16-04-2017, 10:23 Meksikanın Sakit okean sahilində yerləşən İkstapa kurortunda 8 əyləncə mərkəzi yanıb.Axar.az xəbər verir ki, yanğın əvvəlcə Qerroro klubundan başlayıb və daha sonra Malkedira barına keçib.Yanğının yaxınlıqdakı ofis və binalara da keçdiyi bildirilib. Olay zamanı ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.Yanğının səbəbi hələlik məlum olmasa da, güman edilir ki, hadisə bir neçə gün əvvəl bu məhəllədə öldürülən 4 nəfərlə bağlıdır.Ölənlərdən ikisi mafioz qruplaşmasının üzvləri olub. Facebook-da paylaş