"WhatsApp"-dan hamının səbirsizliklə gözlədiyi — MÖHTƏŞƏM YENİLİK

16-04-2017, 16:45           

Dünyada 1 milyarddan çox insanın istifadə etdiyi "WhatsApp" mesajlaşma platforması daha bir yeni xüsusiyyəti istifadəyə verir.
Smartfon istifadəçisi əksər insanların istifadə etdiyi platforma səhvən göndərilən mesajların ləğvini təqdim etdikdən sonra indi də mesajın tamamilə silinməsi yeniliyini edir.

"Ölkə.Az" xəbər verir ki, "WhatsApp"-ın ilk əvvəl tətbiq etdiyi "göndərilən mesajı ləğv etmə" xüsusiyyəti səhvən göndərilmiş mesajın 5 dəqiqə ərzində ləğv edilməsini nəzərdə tuturdu.

Ancaq bu yenilik daha bir addım irəli aparılaraq istifadəçilərin səhvən göndərdiyi mesajları zaman məhdudiyyəti olmadan silə bilməsini təmin edəcək.

Həmçinin mobil tətbiqlərdən başqa veb versiyada da işləyəcək bu xüsusiyyət göndərilən mesajların iki tərəfli silinməsinə icazə verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru