NATO Latviyada hərbi təlimlərə başlayır

17-04-2017, 08:06           
NATO Latviyada hərbi təlimlərə başlayır
Bu gün Latviyada NATO-nun “Summer Shield” beynəlxalq hərbi təlimləri başlayır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təlimlər “Adaji” poliqonunda keçiriləcək.

Təlimlərə Latviya, Litva, Estoniya, ABŞ, Kanada, Böyük Britaniya, Lüksemburq, Bolqarıstan, Rumıniya, Slovakiya, Almaniya və İsveçin hərbçiləri qatılacaq. Təlimlər aprelin 30-dək davam edəcək.

Qeyd edək ki, “Summer Shield” beynəlxalq hərbi təlimləri Latviyada 2004-cü ildən etibarən keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru