ABŞ-ın vitse-prezidenti Cənubi Koreyaya səfər edib

17-04-2017, 08:08           
ABŞ-ın vitse-prezidenti Cənubi Koreyaya səfər edib
Mayk Pens Cənubi Koreya Respublikası-KXDR sərhədində yerləşən ABŞ-ın hərbi aviabazasına gəlib.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

“Yerli vaxtla saat 09:30-da vitse-prezident Mayk Pens “Camp Bonifas” hərbi aviabazasına gəlib”, məlumatda deyilir.

Məlumata əsasən, M.Pens Cənubi Koreyaya səfəri çərçivəsində həmçinin bu ölkənin prezidenti səlahiyyətlərini icra edən baş nazir Xvan Qe An ilə görüşəcək. Danışıqlarda Koreya yarımadasındakı vəziyyət müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru