Meksika çimərliyində naməlum şəxslər turistləri güllələyiblər
17-04-2017, 08:19
Meksikanın Akapulko liman şəhəri çimərliyində silahlı şəxslər sahildə gəzişən turistlərə atəş açıblar. "Report" xəbər verir ki, hücum nəticəsində 2 nəfər ölüb, daha 6-sı yaralanıb. Məlumata görə, bir nəfər hadisə yerində ölüb, daha bir yaralı qız xəstəxanada keçinib. Yaralılar arasında uşaqlar da var.