ABŞ-da gecə klubunda atışma nəticəsində 9 nəfər yaralanıb
17-04-2017, 08:45
ABŞ-ın Ohayo ştatında yerləşən gecə klublarından birində baş verən atışma nəticəsində 9 nəfər yaralanıb. "Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağır, digərlərininki isə stabildir. Asayiş keşikçiləri atışmanı törədən şəxsləri axtarır.