Fransada Marin Le Penə qarşı aksiyalar keçirilib

17-04-2017, 08:51           
Fransada Marin Le Penə qarşı aksiyalar keçirilib
Fransa prezidentliyinə namizəd, Mili Cəbhə partiyasından olan Marin Le Penə qarşı etiraz aksiyası keçirilib. Musavat.com xəbər verir ki, bu barədə məlumat "Associated Press"-də yer alıb.



Məlumata görə, nümayişçilər Paris yaxılığındakı Obervil bölgəsindən marşla paytaxt istiqamətində hərəkət ediblər. Aksiya iştirakçıları Le Peni, Fransa vətəndaşlarının hüquq və azadlıqlarının əsaslarına təhlükə yaratmaqda və miqrasiya siyasətinə görə günahlandırıblar. Aksiya iştirakçıları polisə yandırıcı maddə doldurulmuş butulkalar atıblar. Polis cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.



Qeyd edək ki, Fransada prezident seçkiləri iki turda keçiriləcək. Birinci tur aprelin 23-də, ikinci tur isə mayın 7-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru