Smartfonlar üçün öz-özünə bərpa olunan şüşə icad edildi- VİDEO

17-04-2017, 13:55           

ABŞ-ın Kaliforniya universitetindən olan alimlər tərəfindən smartfonlar üçün öz-özünü bərpa edə bilən şüşə kəşf olunub.

AFN Kommersant nəşrinə istinadən xəbər verir ki, sözgedən kəşf barədə New York Post qəzeti məlumat yayıb.
Elmi qrupun rəhbəri Çao Van bildirib ki, icad edilən material şəffafdır və cərəyan keçirə bilir ki, bunun sayəsində ondan cızıqlara və çatlara davamlı olan uzunmüddətli smartfon ekranları buraxıla bilər.
Alimlərin söylədiyinə görə, icad etdikləri şüşə sınarsa və ya çatlarsa, bir sutka ərzində özünü bərpa edə biləcək. Elm adamları tərəfindən kəşf edilən material baha deyil, istehsalı yüngüldür, toxunduqda yumşaqdır, həmçinin əvvəlki ölçülərindən 50 dəfəyə yaxın uzanluq əldə bilir. Şüşə üçün xüsusi tip molekulyar əlaqəyə malik materialdan istifadə olunub. Bunun sayəsində çat verən və ya cızıqlar yaranan şüşənin molekulları bir-birinə doğru can atır və tamamilə bərpa olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru