Ukraynada ağır yol qəzası nəticəsində 5 nəfər ölüb
18-04-2017, 08:51
Ukraynanın Jitomir vilayətində ağır yol qəzası baş verib.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə “Kiyev-Kovel” avtomagistralında qeydə alınıb.
“Suzuki” və “VAZ 21 09” minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.