Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi əməliyyatla ələ keçirilən Orta Asiya əsilli Əzimov canlı bomba Əkbərcan Cəlilovu terror hücumuna hazırladığını bildirilib.
Məlumata görə, 1995-ci il təvəllüdlü kamikadze Cəlilov əslən Qırğızıstanlıdır.
27 yaşlı Əzimovun Rusiya İstintaq Komitəsində dindirilməsi davam edir.
Qeyd edək ki, aprelin 3-də Sankt Peterburq metrosunda törədilən terror aktı zamanı 14 nəfər həyatını itirmiş, 40-dan çox adam yaralanmışdı. Ölənlərdən biri azərbaycanlıdır. (azvision)