Gürcüstan parlamentinin keçmiş deputatı evinin yaxınlığında güllələnib

18-04-2017, 22:44           
Gürcüstan parlamentinin keçmiş deputatı evinin yaxınlığında güllələnib
Gürcüstan parlamentinin keçmiş deputatı Vasil Davitaşvili evinin qarşısında odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, hadisə aprelin 18-də Kaxeti əyalətinin Telavi rayonunda keçmiş deputat qəbiristanlıqdan evinə qayıdarkən olub. Vasil Davitaşvili “Makarov” tipli tapançadan açılan atəş nəticəsində qarın boşluğu nahiyəsindən və aşağı ətrafından 8 güllə yarası alıb.
Xəbərdə bildirilib ki, o, hazırda cərrahiyyə əməliyyatı edilir.
Ailəsi hadisədən gec xəbər tutub. Onlar bildiriblər ki, V.Davitaşvili keçmiş deputat fəaliyyətinə görə hücuma məruz qalıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslə onun əvvəllər münaqişəsi olub.
Qeyd edək ki, Vasil Davitaşvili 2011-ci ildə Gürcüstan parlamentinin üzvü olub. O, parlamentdə “Vahid milli hərəkat” Partiyasını tıəmsil edib. Ondan əvvəl isə Telavi rayonunun icra hakimiyyətinin başçısı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru