İŞİD lideri Əbu Bəkr əl-Bağdadi həbs olundu

18-04-2017, 23:42           
İŞİD lideri Əbu Bəkr əl-Bağdadi həbs olundu
«İraq- Şam İslam Dövləti»nin (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadi Mosuldan qaçarkən, İraq-Suriya sərhədini keçən anda həbs olunub.

teref.az xəbər verir ki, bu barədə xəbəri Birləşmiş Millətlər Təşkilatı (BMT) təhlükəsizlik və informasiya Komitəsinin informasiya ximətinə istinadla, ərəb KİV-i yayıb.

Xatırladırıq ki, martın əvvəlində əl-Bağdadi İŞİD üzvlərinə nitqlə müraciət edib və son vaxtlar bir sıra məğlubiyyətlər yaşadıqlarını etiraf edib.
Verilən məlumata əsasən, Əl-Bağdadi İraqın Mosul şəhərindən çıxmağa cəhd edərkən həbs olunub. Terrorçuların başçısını İraq-Suriya sərhədini keçən zaman ələ keçiriblər. Ələ keçirilən İŞİD liderinin nəzarət altında olduğu bildirilir.


Fevralın ortalarında isə KİV İraqa endirilən aviazərbələr zamanı İŞİD liderinin yaralandığığını xəbər vermişdi.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru