NASA Qrenlandiyadakı nəhəng buzlaqdakı çatı nümayiş etdirdi VİDEO

18-04-2017, 23:51           

Amerikanın aerokosmik agentliyi (Nasa) Qrenlandiyadan keçən nəhəng Peterman buzlağında iri çat aşkar edib.


AFN bildirir ki, NASA çəkilmiş təsvirləri Facebook-dakı səhifəsində yerləşdirib.
70x15 km ölçülərində çat buzlağın ortasında yaranıb. Çatın yaranma səbəbləri naməlum olaraq qalır. Alimlər adətən çatların buzlaqların kənarlarında müşahidə olunduğunu qeyd edirlər.
Yeni çat digər parçalanma hadisəsinin yaxınlığında yaranıb. Mütəxəssislər hər iki çatın bir-birinə qovuşacağı təqdirdə, buzlağın həmin hissəsinin qoparaq nəhəng aysberqə çevrilə biləcəyini istisna etmirlər.
Danimarkanın Geologiya xidmətinin qiymətləndirməsinə görə, qopan “buz adası” 130-180 kvadrat km təşkil edə bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.