Tramp ata ilə oğulu-FƏRQLƏNDİRƏ BİLMƏDİ

19-04-2017, 00:21           
Tramp ata ilə oğulu-FƏRQLƏNDİRƏ BİLMƏDİ
Amerikalı lider Klintonla Kim Çen Inın danışıqlar aparması haqqında bəyanat verib. “Bizimxeber” məlumat verir ki, haqqında söhbət açılan danışıqlar isə Kim Çen Inın atası ilə aparılıb.
ABŞ prezidenti Donald Trampın bəyanatı isə onun Şimali Koreyada 2011-ci ildə lider dəyişikliyi olmasından xəbərsiz olduğunu diqqətə çatdırır. “Bizimxeber” bildirir ki, bu haqda Huffingtonpost nəşri yazıb.
– Bu adamla danışıqlar(KXDR lideri-red.) uzun müddətdir ki, davam edir. Bill Klinton öz kitabında yazır ki, onların əldə etdikləri sülh danışıqları məhz məzhəkədən ibarət imiş. Baxın (KXDR ilə başlayan problem-red.) Obamanın hakimiyyətdə olduğu illərdə nə oldu. O hər kəsi aldatdı,-Tramp Fox News telekanalına müsahibə zamanı bildirib.
“Bizimxeber”in xəbərinə görə nəşr iddia edir ki, Kim Çen In 2011-ci ildə atası Kim Çen İrin vəfatından sonra hakimiyyətə gəldiyi halda 1993-2001-ci illərdə hakimiyyətdə olan Klintonla heç bir vəchlə danışıqlar apara bilməzdi. Bundan isə alınan nəticə Trampın sadəcə məsələdən xəbərsiz olmasıdır.
Xatırladaq ki, ingilis dilində hər iki liderin adı çox oxşar səslənir- Kim Jong-un və Kim Jong-il.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.