İŞİD-in əsas snayperi qətlə yetirilib

19-04-2017, 08:57           
İŞİD-in əsas snayperi qətlə yetirilib
İraq federal polisi İŞİD terror qruplaşmasının əsas snayperinin öldürüldüyünü xəbər verib. Bu barədə "Əl-Məyadin" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda onun Rusiya əsilli olduğu qeyd olunur. Məhv edilmiş döyüşçü terror təşkilatı üçün snayperlər hazırlayırmış.

Xatırladaq ki, bundan əvvəl İraq hərbçiləri İŞİD-in Əbu Hədcir ər-Rusi ləqəbli əsas snayperlərindən birini zərərsizləşdirdiklərini bildirmişdilər. Onlar snayperin hansı ölkənin vətəndaşı olduğunu açıqlamamışdılar. Lakin həmin şəxsin Rusiya əsilli olduğu qeyd edilirdi.

Hər iki terrorçu hökumət qüvvələrinin Mosulun qərb yaşayış məntəqəsinin azad edilməsi əməliyyatı zamanı məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru