“Cəbhət ən-Nüsrə" terror qruplaşmasının anbarında ABŞ raketləri tapıldı

19-08-2017, 09:52           
“Cəbhət ən-Nüsrə" terror qruplaşmasının anbarında ABŞ raketləri tapıldı
Livan hərbçiləri "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının gizli silah anbarında ABŞ istehsalı olan tank əleyhinə "TOW" raketləri tapıblar. Bu barədə "Reuters" Livanın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, hərbçilər silahı terrorçuların Livanın şimal-şərqindəki bir neçə mövqeyinə nəzarəti ələ aldıqdan sonra aşkarlayıblar.

"Hizbullah" döyüşçüləri iyulun 21-də Suriya ilə sərhəddəki dağlıq Ersal rayonunun "Cəbhət ən-Nüsrə" terror qruplaşmasından azad edilməsi əməliyyatına başlayıblar. Livanın şiə hərəkatı 6 günlük hərbi əməliyyatlar ərzində, Suriya ordusunun öz ərazisindən dəstək verməsi ilə ölkə ərazisini tamamilə "Cəbhət ən-Nüsrə"dən azad ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.