Təlafər hücumu: İŞİD məhv edilir

25-08-2017, 13:01           

Türkman şəhəri Təlafərin İŞİD-dən azad edilməsi uğrunda aparılan əməliyyatlar nəticəsində daha üç məhəllə terror təşkilatından alınıb. İraq ordusu əməliyyat başladığı gündən bu vaxta qədər 302 İŞİD terrorçusunun məhv edildiyini açıqlayıb.

Ordu tank və zirehli texnika ilə İŞİD-ə ardıcıl zərbələr endirir.

Qeyd edək ki, Təlafər şəhəri İŞİD-in İraqdakı son qalası hesab edilir. İraq Baş naziri Heydər Abadi avqustun 20-də Təlafər əməliyyatının başladığını rəsmən açıqlamışdı. Əməliyyatın başladığı gün Kiçik Abra qəsəbəsi İŞİD-dən alınmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.