Donald Trampın daha bir müşaviri istefa verib

26-08-2017, 08:42           
Donald Trampın daha bir müşaviri istefa verib
ABŞ prezidenti Donald Trampın terrorçuluq əleyhinə müşaviri Sebastyan Qorka istefa verib.
"Report"un məlumatına görə, bu barədə "CNN" Ağ Evdəki mənbəyə istinadən xəbər verib.
Qeyd olunur ki, Qorka Trampın qatı tərəfdarlarından olub. O, tez-tez mətbuatda hazırkı prezidentin yürütdüyü xarici siyasəti müdafiə edib.
Qorka iyulda "MSNBC" və "CNN" telekanallarına müsahibə zamanı özünün aqressiv davranışını telekanallarına izah edərək bildirib ki, o, Trampı yalan informasiyadan müdafiə edən "pitbul" olmaq istəyir.
Telekanalın qeyd etdiyi kimi, Qorkanın istefası Ağ Evdən Trampa yaxın yaxınların çıxarılmalarını davam etdirir.
Geniş əks-səda doğurmuş istefalardan biri də prezidentin strateji məsələlər üzrə müşaviri Stiv Bennonun vəzifəsindən getməsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru