Kişi və arvadı özlərini məhkəmənin pəncərəsindən atdılar

26-08-2017, 23:39           

Kişi və həyat yoldaşı özlərini Dneprin Şevçenko rayon məhkəməsi binasının üçüncü mərtəbəsindəki pəncərədən atıblar.

PRESSDAY.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu, ərlə arvad barəsində həbs qətimkan tədbiri seçilən məhkəmə iclası zamanı qeydə alınıb.

Təqsirkar bilinənlərin vəkili Valeri dovjenkonun sözlərinə görə, onları özlərini öldürmək həddinə hüuq-mühafizə orqanlarının əməkdaşları gətirib. Ərlə arvad dələduzluqda ittiham olunur: istintaqın məlumatına görə, onlar Mariupolda firmada işləyəndə müştəriləri aldatmaqla pul alıblar.

Vəkilin fikrincə, cütlük çox çətin psixoloji duruma düşüblər.

“Onlar bir-birini çox istəyir və həbs olunacaqları təqdirdə ayrılacaqlarından dəhşətli qorxublar. 2017-ci ilin iyun ayından bu iş üzrə onlar dəfələrlə şahid kimi dindiriliblər və bu zaman müxtəlif növ psixoloji manipulyasiyadan istifadə olunub, istintaqa lazım olan ifadə vermələrindən ötrü psixoloji təsir göstəriblər”, - vəkil deyib.

Məhkəmədə həbs qətimkan tədbirini yalnız qadın haqda seçə biliblər, o, iki ay müddətinə həbs olunub. Bundan sonra qadın əri ilə pəncərədən özlərini atıblar.

Ərlə arvad xəsarət alsalar da, sağ qalıblar. Kişinin vəziyyəti hələ ki ağır olaraq qalır, süni nəfəs aparatına qoşulub.

Qadın orta ağırlıqda xəsarətlər a












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.