Küçədə mənə "rus donuzu" deyirdilər - Sabiq nazir

Bu gün, 07:04           
Küçədə mənə "rus donuzu" deyirdilər - Sabiq nazir
Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl etiraf edib ki, Rusiyaya qarşı dost münasibətinə görə ölkəsində hücum və təhqirlərə məruz qalıb, küçədə ona qarşı ciddi təhdidlər səsləndirilib.

Axar.az xəbər verir ki, Knaysl bu barədə TASS-a müsahibəsində danışıb.

“Hələ 2020-ci ildə mənə Avstriyada işləmək qadağan edilmişdi. Küçədə mənə "rus donuzu" deyirdilər, hücum edirdilər və çoxlu sayda təhdidlər alırdım. Bu çağırışlar həm Avstriyada, həm də Ukraynada səslənirdi, mənim öldürülməyimə çağıran açıq bəyanatlar var idi”, - deyə o bildirib.

Sabiq nazir əlavə edib ki, 2020-ci ildə bu linç kampaniyasına görə Avstriyanı iki çamadan və iki it ilə tərk etməyə məcbur olub. İki il sonra isə Fransanı da tərk etməli olub, çünki oradakı kirayə müqaviləsi hökumətin təzyiqi ilə ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru