Tramp: "Hindistan bizə tətbiq edilən tarifləri sıfıra endirmək istəyir, bunu illər əvvəl etməli idilər"

Bu gün, 07:14           
Tramp: "Hindistan bizə tətbiq edilən tarifləri sıfıra endirmək istəyir, bunu illər əvvəl etməli idilər"
Hindistan ABŞ-a tətbiq etdiyi tarifləri sıfıra endirməyi təklif edib.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabında deyib.

“Bizim Hindistanla münasibətlərimiz birtərəflidir. Onlar bizə çoxlu məhsu satırlar, biz isə onlara çox az məhsul satırıq. Bu onilliklər boyu belə olub. Hindistanlılar ABŞ mallarına qoyulan tarifi sıfıra endirməyi təklif ediblər. Amma vaxt gec olur. Bunu illər əvvəl etməli idilər” Tramp qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəll Tramp Hindistan məhsullarına 25 %-lik əlavə tarif vergisi tətbiq etmiş və ABŞ tərəfindən ümumilikdə Hindistana tətbiq edilən tariflər 50 %-ə yüksəlmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru