"ABC News": Trampın daha bir müşaviri istefa bəyanatını hazırlayıb

27-08-2017, 09:08           
"ABC News": Trampın daha bir müşaviri istefa bəyanatını hazırlayıb
ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Qeri Konn dövlət başçısının Şarlotsvilddəki hadisələrə münasibətindən narazı qalıb və bununla əlaqədar istefaya çıxması barədə bəyanat hazırlayıb.
"Report" xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Qeyd olunur ki, bir gün əvvəl "Financial Times"a müsahibə verən Kon hərçənd onun vəzifədən getməsini istəyənlərlə istəməyənlərin təzyiqlərini hiss etdiyini desə də, istefaya getmək niyyətində olmadığını bildirib.
Lakin "ABC News"un məlumatlı mənbəyi əmin edib ki, Konun istefa bəyanatı artıq hazırdır.
Telekanal qeyd edib ki, Trampın Şarlotsvilddəki qarışıqlıqlara münasibəti, onun ultrasağçıları və onların əleyhdarlarını ittiham etməsi prezidentin müşavirində nifrət doğurub.
Daha əvvəl KİV xəbər verib ki, Tramp Kona Federal Rezerv Sisteminin yeni rəhbəri vəzifəsinə əsas namizədlərdən biri kimi baxır.
Qeyd edək ki, Trampın Şarlotsvilddə baş verənlərə gec reaksiya verməsini demokratlarla yanaşı, respublikaçılar da kəskin tənqid ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru