İŞİD-lə bağlı bomba iddia – “Azərbaycan işbirliyinə getməzsə…”
27-07-2015, 00:33
Əslən suriyalı olan araşdırmaçı yazar Hüsnü Mahalli bölgədə yaşananlarla bağlı şok açıqlama verib. Yenicag.az xəbər verir ki, regionun başlıca probleminə çevrilən İŞİD-in maliyyə qaynaqları haqqında danışan Hüsnü Mahalli “Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrdəki zənginlər İŞİD-ə ağlasığmaz pullar göndərdilər. Çünki bu ruhi xəstələr “şiələr, ələvilər kafir və bizim düşmənimizdir” inancındadırlar” deyib.
Savaşın Suriya və İraqla məhdudlaşmayıb, Türkiyə, Azərbaycan, Rusiya kimi bölgəyə yaxın bütün ölkələrə sıçrayacağını bildirən araşdırmaçı yazar “Bu adamlar hər şeyi gözə alıblar. Əgər Türkiyə başda olmaqla bütün dövlətlər İŞİD-ə qarşı birləşməzsə, qan gölü heç kimin xəyal belə edəməyəcəyi qədər dərin olacaq.
H.Mahalli qeyd edib ki, “İŞİD-in əlində atom silahı və kimyasal nüvə başlıqları var. Şamda partladılan və Tel Abyadda kürdlərə qarşı istifadə olunan da kimyəvi silahlar idi”.