Ermənilər yeni ümumxalq mitinqinə hazırlaşır

6-08-2015, 12:29           
Ermənilər yeni ümumxalq mitinqinə hazırlaşır
Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, hökumətin artırdığı enerji tariflərinin qalxması ilə başlayan ümumxalq mitinqləri yenidən davam edəcək.

Qaynağın verdiyi məlumatda bildirilir ki, ümumxalq etirazlarının bu dəfə də 24 saatlıq növbəli mitinqə keçməsi istisna edilmir. Məlumatı 21 iyun ümuxalq aksiyalarının təşkilatçılarından olan Hovsep Arutunyan da təsdiqləyib. Arutunyanın sözlərinə görə mitinqlər bu ayın 2-ci həftəsindən yenidən başlaya bilər:

“Tələblərimizi hökumət rədd etdi. Tariflər əvvəlki vəziyyətinə qaytarılmadı. Üstəlik üçhəftəlik mitinqlər zamanı saxlanılanların bir qismi hələ də həbsdən azad edilməyib. Bütün bunların hesabını soracağıq. İkinci mitinq həlledici olmalıdır. Birinci aksiya uzunmüddətli olsa da çox irəli gedilmədi. Həm də yaxşı təşkilatlanma yoxdur. İkinci mitinqdə isə ölkənin tanınmış simaları, ziayalılar da olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.