Qondarma Cənubi Osetiyanın sərhədləri Gürcüstanın daxilinə doğru daha 800 metr irəli çəkilib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Karel rayonunda işğalçılar yeni sərhəd bannerləri ucaldıblar. Tamaraşeni kəndinin bir hissəsi Cənubi Osetiyanın nəzarətinə keçib. Qeyd edək ki, bundan öncə Cənubi Osetiyanın tərkibinə Gürcüstanın iki kəndi qatılmışdı. Nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi Cənubi Osetiyanın tərkibinə qatılmışdı.