Jirinovski: “Sizin alçaq bədəninizə elə ağrılar verəcəyik ki...”
11-08-2015, 12:02
Rusiya Liberal Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovski ölkəsinin düşmənləri hesab etdiyi Qərb dövlətlərini təhdid edib. Axar.az Liberal Demokratik Partiyasının rəsmi saytına istinadən xəbər verir ki, deputat Rusiyaya qarşı çıxış edən Qərb ölkələrinə xəbərdarlıq edib: “Rusiyaya güc tətbiq etmək haqda düşünməyə belə dəyməz. Çünki belə olan halda Rusiya Federasiyası rus ayısına çevrilə bilər”. Jirinovski hesab edir ki, rus xalqı üç dəfə aldanıb: rus çarları tərəfindən, bolşeviklər tərəfindən və demokratlar tərəfindən: “Qaranlığın düşmənləri hər yerdədir. Bu dəhşətli monqollar 200 il bir hörümçək kimi rus bədənlərinə yapışdılar. Polyaklar, isveçlilər, fransızlar tarix boyu rus torpağına göz dikiblər. Və bu gün onlar – alman faşistlərinin nəvələri, istirmarçılar bizə demokratiyanı, azadlığı sevməyi, qanları necə qarışdırmağı, cinayətləri, qanunsuzluğu və özbaşınalığı öyrədir. Onlar üçün ideal variant bütün Rusiyanı məhv edərək yalnız rus meşəsini, neftini, qazını saxlamaqdır. Sonuncu ayını və pələngi güllələyəndə yad edərsiniz ki, burada qəhrəman rus xalqı yaşayıb”. Jirinovskinin nitqi birbaşa silah tətbiqi ilə bağlı təhdidlərlə bitir: “Sizin şəhərlər dağılacaq, sizin yollar məhv olacaq. Biz sizin nifrətəlayiq, alçaq bədəninizə elə ağrılar verəcəyik ki, həmişəlik Şərqə hücumu unudacaqsınız”.