"New York Times" ABŞ-PKK əməkdaşlığını üzə çıxardı - "PKK göstərir, ABŞ vurur"
11-08-2015, 21:06
ABŞ-ın məşhur "New York Times" qəzeti PKK-nın Suriyadakı qolu PYD-nin silahlı qanadı YPG ilə ABŞ arasında əməkdaşlığın detallarını üzə çıxarıb.
Avropa.info xəbər verir ki, qəzetin yazdığına görə, PKK-nın Suriya qolu İŞİD-in yerləşdiyi məkanları müəyyən edərək, ABŞ ordusuna məlumat verir. Bundan sonra ABŞ təyyarələri həmin əraziləri bombalayır.
Məlumatlara görtə, PKK-çılar kompüterdə "Google Earth"dən istifadə edərək, bölgədə döyüşdükləri IŞİD-çilərin yerlərini işarələyərək, ABŞ əsgərlərinə göndərirlər.
PKK sarı, İŞİD qırmızı
Göndərilən məlumatda PKK-çıların yerləri sarı, IŞİD-çilərin yerləri isə qırmızı rənglə işarələnir. 36 yaşlı PKK komandirlərindən olan Talal Ramanın kilometrlərlə uzaqlıqda yerləşən ABŞ hərbi əməliyyat otağındakı hərbçiyə belə yazdığı bildirilir:
"Dostlar , düşmənin sizə göndərdiyim GPS (Qlobal Konumla-ma Sistemi) ünvanında hərəkət etdiyini görə bilərsiniz ."
Qəzetin yazdığına görə, beləliklə də , telefonsuz əlaqə saxladıqları PKK-çılardan aldıqları GPS koordinatları ABŞ əsgərlərinin işinə yarayır. Bundan sonra isə PKK-nın verdiyi kordinatlar vurulur.