İŞİD insanları diri-diri dəfn edərək partlatdı dəhşətli fotolar
11-08-2015, 21:32
Öz qəddarlığı ilə yanaşı qeyri-adi edam üsulları ilə daim gündəmdə olan İŞİD terror qruplaşmasının qətliamlarının sonu görünmür. ANS PRESS-in məlumatına görə, terrorçular bu dəfə də edam üsulu ilə hər kəsi təəccübləndirib. Onlar Taliban terror qruplaşmasına kömək etməkdə şübhələndikləri insanları cəzalandırıblar.
Belə ki, onlar əvvəlcə insanları kimsəsiz yerə gətiriblər. Orada həmin insanları diri-diri çuxurlara dəfn ediblər. Daha sonra həmin insanların basdırıldığı çuxurları bomba ilə partladıblar.
İŞİD terrorçuları insanları diri-diri çuxurlara basdırırlar.
İçərisində diri insanların olduğu çuxurlar partladılıb.
İŞİD daha əvvəl də qeyri-adi və qəddar cəzalandırma üsulları ilə gündəmdə olub. Terrorçular bir neçə adamın başını daşla əzib. Onlardan biri qadın öldürməkdə günahlandırılırdı. İraqın Nineva şəhərində baş tutan edamı çoxsaylı insan müşahidə edib. Terrorçular çox vaxt insanlara "ibrət olsun" deyə belə edamları xalq üçün açıq keçirirlər. Bundan başqa edam səhnələrini videoya çəkərək internetdə yayımlayırlar.