Yuanın məzənnəsi salındı, Azərbaycan Neft Fondu bundan itirdi
12-08-2015, 11:29
Avqustun 12-də Çin milli valyutasını biraz da ucuzlaşdırıb. Bu, qlobal maliyyə bazarlarında daha bir şok effekti yaradıb.
İki devalvasiyadan sonra yuan Çində 3.5 faiz, qlobal bazarlarda isə 4.8 faiz düşüb.
Bu, dünyanın ikinci iqtisadiyyatının durumu sarıdan narahatlıq yaradıb. Məqsəd Çindən ixracı artırmaqdır. Belə ki, Çində iqtisadi artım son altı ildə ən aşağı həddə düşüb.
Çin Xalq Bankı məqsədin məzənnə sistemində islahat aparmaq olduğunu deyir.
ABŞ Çini ticarətdən qazanc əldə etmək cəhdində ittiham edir. Məzənnənin aşağı olması ölkədən ixracı ucuzlaşdırmaqla yanaşı xarici şirkətlərin Çinə satdığı malları bahalandırır. Azərbaycan Neft Fondu bu devalivasiyadan 8 milyon itirdi!