Almaniyada ATS-ə müdaxilə edib zəngləri Azərbaycana yönəltdilər

12-08-2015, 15:41           
Almaniyada ATS-ə müdaxilə edib zəngləri Azərbaycana yönəltdilər
aməlum şəxslər Almaniyanın Braunau şəhərindəki yerli telefon rabitəsi operatorunun kompüter sisteminə müdaxilə edərək 22 min avro ziyan vurub.

Virtualaz.org saytı alman mənbələrinə istinadən xəbər verir ki, hakerlər operatorun kompüter sisteminə nəzarəti ələ keçirərək iyunun 20-dən 25-nə qədər olan müddətdə sistemə virus proqramı yeridiblər.

Daha sonra operatordan zənglər Azərbaycana və Qambiyaya yönəldilib. Telefon operatoru hakerlərin izinə düşə bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.