Lavrov ərəb həmkarını “gicbəsər” adlandırdı VİDEO

12-08-2015, 22:02           
Lavrov ərəb həmkarını “gicbəsər” adlandırdı VİDEO
Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanından olan həmkarını “debil” (“gicbəsər”-red.) adlandırıb.
Moskvada avqustun 11-də birgə görüşün nəticələrinə dair mətbuat konfransında Lavrov krallığın xarici işlər naziri Adel əl-Cübeyri dinləyərkən təhqiramiz ifadə işlədib. Sergey Lavrov mikrofonun sönük olduğunu və onun heç kimin eşitmədiyini düşünüb.

Sergey Lavrovun və Adel əl-Cübeyrin görüşündə Suriya prezidenti Bəşər Əsədin taleyi həll olunurdu. Səudiyyə Ərəbistanının xarici işlər naziri Əsəd ilə bağlı məsələnin həll edildiyinə inad edir, onun Suriyanın gələcəyində yeri olmadığını bildirir. Rusiya tərəfi fərqli nöqteyi-nəzərdədir və ənənəvi olaraq Suriya liderinin maraqlarını müdafiə edir. Adel əl-Cübeyr görüşü “açıq” adlandırıb.
Daha öncə Lavrov Kiyevin konstitusiyanın yaraqlılar ilə razılaşdırmaqdan imtina etməyinə qəzəblənmişdi.
[media=https://www.youtube.com/watch?v=LBT2iSRaJWQ]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.