Dərbənd azərbaycanlıları etiraza hazırlaşır: Şəhər qaraya boyanacaq - Müraciət yayıldı...

14-08-2015, 15:31           
Dərbənd azərbaycanlıları etiraza hazırlaşır: Şəhər qaraya boyanacaq - Müraciət yayıldı...
Redaksiyamıza Dərbənd azərbaycanlıları adından müraciət daxil olub. Belə ki, qədim türk şəhərinin sakinləri Dərbəndin icra başçısı Azadi Rəhimovun tutduğu vəzifəsindən azad olunmasına etiraz edirlər və bunu məhz Azadi Rəhimovun Azərbaycan türkü olması səbəbindən baş verdiyini bildirirlər.

Soydaşlarımızın adından DİA.AZ-a ünvanlanan müraciətdə daha sonra deyilir:

"Eşitmişik ki, bu addım Moskvadakı varlılardan ibarət lobbi tərəfindən hazırlanıb, onların sifarişi ilə həyata keçirilib. Hansılar ki, Azərbaycanlılara nifrətlə yanaşırlar. Deməli, belə çıxır ki, dərbəndlilərin taleyi Moskvadakı imkanlılardan asılıdır.


Son 20 ildə Dərbəndə hansısa azərbaycanlının rəhbərlik etməməsi faktı onu da təsdiqləyir ki, istənilən bir Dərbən Azərbaycanlısının öz doğma şəhərinə rəhbərlik etməsi şansları sıfıra bərabərdir. Bununla da Dərbəndin ildönümünə hazırlaşan Azərbaycanlıların bayram əhval-ruhiyyəsi də demək olar ki, ortadan qalxmış olub".

Daha sonra müraciət müəllifləri bəyan edirlər ki, bu haqsızlığa göz yummayacaq, etiraz edəcəklər: "Şəhər Günündə bütün Dərbənd azərbaycanlıları qara rəngdə geyinəcəklər, evlərinin qarşısını etiraz əlaməti olaraq zibilləyəcəklər və hər evdən bir səsgücləndirici ilə Dərbəndə gələnlərə bəyan olunacaq ki, bu gün azərbaycanlılar öz tarixi şəhərlərində hansı mərhumiyyətlər işində yaşamağa vadar ediliblər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.