Amerikalı teleaparıcı Kardaşyanla bağlı xəbəri oxumaqdan imtina etdi-VİDEO

14-08-2015, 16:30           
Amerikalı teleaparıcı Kardaşyanla bağlı xəbəri oxumaqdan imtina etdi-VİDEO
Amerikanın “Fox35” telekanalının aparıcısı Con Braun canlı yayımda Kardaşyan ailəsi haqqında xəbəri oxumaqdan imtina edib,

Oxu.az lenta.ru-ya istinadən xəbər verir ki, direktor meydançanı tərk edərək “bu mövzunun ürək bulandırdığını” deyib.

“The Independent” nəşri yazır ki, Braun Kim Kardaşyanın ögey bacısı 18 yaşlı Kayli Cennerin dovşan aldığı və onu atasının (2015-ci ildə cinsini qadın cinsinə dəyişən Bryus Cenner) şərəfinə adlandırdığı barədə xəbər oxumalı idi.

“Mənim çox gözəl cümə günü əhval-ruhiyyəm var və mən Kardaşyan haqqında danışmaqdan imtina edirəm”, – kadrı tərk edən Braun bəyan edib. O, öz həmkarına “vəziyyətdən özünün çıxmağını” təklif edib. Kadr arxasında öz fikrini davam etdirib və “buna artıq dözə bilmədiyini” söyləyib, belə ki, bu ailə haqqında şouda hər gün danışırlar.

“Siz tədqiqatların nəticələrini oxumusunuz? Bu ailə heç kimə lazım deyil!”, – teleaparıcı kadr arxasında qışqırmağa davam edib.

“Fox35” studiyasında baş verənlər az bir müddət ərzində Amerika sosial şəbəkə seqmentində ən çox müzakirə edilən məsələlərdən birinə çevrilib.
[media=https://www.youtube.com/watch?v=kODnzx694PQ]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.