Amerikaqnlar ingilis xüsusi təyinatlılarını belə ifşa etdi -"Vurmayın biz ingilis xüsusi təyinatlılarıyıq"

14-08-2015, 20:06           
Amerikaqnlar ingilis xüsusi təyinatlılarını belə ifşa etdi -"Vurmayın biz ingilis xüsusi təyinatlılarıyıq"
İngiltərənin Hərbi Hava Qüvvələrinə aid 120-dən çox xüsusi təyinatlı əsgər İŞİD silahlılarının formasında təşkilata yardım edərkən ifşa olunub.

Avropa.info xəbər verir ki, İngiltərənin SAS (Special Air Service) xüsusi təyinatlı dəstəsinin əsgərləri əllərində İŞİD bayraqları ilə qara paltarlar geyinmiş formada yaxalanıblar.

ABŞ təyyarələrinin bombardmanı zamanı onlara da zərbə dəyməsi nəticəsində kim olduqları ifşa olan ingilis xüsusi təyinatlıları ABŞ-ı “bizi vurma” deyə xəbərdar ediblər.

İngilislər İŞİD-ə qarşı döyüşmək üçün orada olduqlarını iddia diblər. Kraliça və Britanıyanın baş naziri Devid Kameron isə məsələyə açıqlama verməkdən çəkiniblər.

İngilis xüsusi təyinatlılarının məsələsilə bağlı açıqlama verən müdafiə naziri Mişel Fallon isə hər zamankı kimi təqsirkar olduqlarını qəbul etməkdənsə "Bizim gördüyümüz işlər, texniki təqib və nəzarət üçün atdığımız addımlar digər ölkələri Suriyadakı bu qarşıdurmalardan xilas etmək üçündür'' deyə bildirib.

Ötən ay Tunisdə ingilislərə qarşı həyata keçirilən terror aktının da İngiltərənin SBS (Special Boat Services) və SAS (Special Air Services) əsgərləri tərəfindən hazırlandığı iddia olunur. Tunisli rəsmilər də hadisədə ingilis hökumətini ittiham etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.