Rus ayısı Trampın arxasını qucaqladı - FOTO

14-02-2018, 23:58           
Rus ayısı Trampın arxasını qucaqladı - FOTO
Düsseldorf karnavalı Almaniyada ən əhəmiyyətli hadisələrdən sayılır. Bu dəlisov bayrama on minlərlə şəhər sakini və dünyanın hər yerindən qonaqlar qatılırlar. Burda bir çox məsələlərə satirik münasibət bildirilir, amma insanların mühakiməsinə çox sərt siyasi satiralar da təqdim edilir.

“Çəhrayı bazar ertəsi” karnavalın zirvəsi hesab olunur. Həmin gün şəhərin küçələrində dünya siyasətçilərinin böyük kuklaları gəzdirilir. Bunların içərisində ən cəsarətlisi Rusiya və ABŞ münasibətlərini əks etdirən kukla maketi olub.

Meydançada prezident Donald Tramp lüt təsvir olunub, arxasında isə onu bərk-bərk qucaqlayan rus ayısının nəhəng maketi qoyulub.
Moderator.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.