Suriyada daha 15 rusiyalı öldü

15-02-2018, 17:02           

Suriyanın Deyr Əz-Zor vilayətində, Təbiyə Cəzirə yaşayış məntəqəsində yerləşən silah-sursat anbarının partlaması nəticəsində özəl hərbi şirkətin əməkdaşı olan 15 rusiyalı ölüb.

Oxu.Az “The Guardian” istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

“ÖHŞ-də çalışan 15 rusiyalı silah-sursat anbarında baş vermiş partlayış nəticəsində həlak olub”, – deyə Britaniya qəzeti təşkilatın rəhbəri Rami Abdül Rəhmandan sitat gətirib.

Qeyd olunur ki, arsenal suriyalı hərbçilərin silah-sursat ələ keçirməyə çalışdığı vaxt tələ tipli minanın işə düşməsi nəticəsində partlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru