Rusiyada “YouTube” çökdü

15-02-2018, 17:06           

Rusiyada “YouTube” videoportalının fəaliyyətində qüsurlar yarandığı barədə məlumatlar yayılıb.

Trend-in məlumatına görə, sosial şəbəkələrdə bir çox rusiyalı istifadəçi portalda videoların işə düşmədiyini bildirib.

Bu qüsurların fevralın 14-ü səhər saatlarından başladığı məlum olub. Bununla belə, bu gün də “YouTube” videoları Rusiya ərazisində açılmır.

Bunun səbəbinin Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin müdaxiləsi ola biləcəyi ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru