Rusiya 23 dövlətin diplomatını "arzuolunmaz şəxs" elan edib

31-03-2018, 10:00           
Rusiya 23 dövlətin diplomatını "arzuolunmaz şəxs" elan edib
Moskva "Skripal işi" ilə əlaqədar Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını öz ərazisindən çıxaran 23 dövlətin diplomatını "arzuolunmaz şəxs" elan edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Həmin dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri Rusiya XİN-ə çağırılıb və onlara etiraz notası təqdim olunub.

Bu tədbirlər 16 Avropa İttifaqı ölkəsi, həmçinin Avstraliya, Kanada, Ukrayna, Norveç, Albaniya, Moldova və Makedoniyaya qarş tətbiq olunub.

XİN-in məlumatında bildirilir ki, Moskva analoji addımı Belçika, Macarıstan, Gürcüstan və Monteneqro diplomatları ilə bağlı da ata bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru