Aylıq alkoqol norması tapıldı: 350 qram pivə, 100 qram şərab və 40 qram tünd spirtli içki...
28-06-2018, 10:37

"Journal of the American Heart Association" elmi jurnalı xəbər verir ki, Amerika kardioloqlar assosasiyasında aydınlaşdırıblar ki, şənliklərdə çoxlu alkoqol qəbul etmə, hətta cavan orqanizmdə belə izsiz ötüşmür, xüsusilə onlar ayda bir dəfədən artıq olarsa.
Alimlər 18 yaşından 45 yaşına kimi 4710 şəxslə bağlı məlumatları təhlil ediblər. Onlar könüllülər arasında tez-tez “sərxoşluq” edənləri öyrəniblər. Bununla, ardıcıl olaraq beş porsiya alkoqolu qəbul edən kişilər və dörd porsiya qəbul edən qadınlar nəzərdə tutulur. Bir porsiya 350 qram pivəyə, 100 qram şəraba və 40 qram tünd spirtli içkilərə bərabərdir.
Mütəxəssislər müəyyənləşdiriblər ki, hərdən çox spirtli içki qəbul edən kişilərdə yüksək qan təzyiqi və xolesterin, qadınlarda isə qanda şəkərin səviyyəsi xeyli artıq olub. Belə qanunauyğunluq orta hesabla ayda bir dəfədən çox alkoqollu içkilər qəbul edənlərdə qeyd olunub. Bununla belə yuxarıda qeyd olunan simptomlar nadir hallarda içənlərdə də müşahidə olunub.
Tibb işçiləri bu qənaətə gəliblər ki, gənc yaşlarında tez-tez, çoxlu alkoqol qəbul etməyin azaldılması ürək-damar xəstəliklərinin ən yaxşı profilaktikasıdır.
Xatırladaq ki, bir müddət öncə alimlər alkoqoldan asılılığın səbəbini açıqlamışdılar. Məlum olub ki, spirtli içkilər qəbul etməyə meyillilik beyindəki dəyişikliklərlə bağlıdır.
Moderator.az