Zaxarova Tiflisə "ağıl verdi": Sadəlövh olmayın!

20-07-2018, 08:09           
Zaxarova Tiflisə "ağıl verdi": Sadəlövh olmayın!
Gürcü siyasətçiləri anlamalıdır ki, milli məsələlər əvəzinə yad geopolitik maraqlara xidmət etmək hörmətə layiq addım deyil.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Qərbdə Rusiya əleyhinə sanksiyaların saxlanılması və gücləndirilməsi ilə bağlı əsaslı mərkəzlər var. Onlar Gürcüstanın qayğısına qalmaq kimi kiçik maraqlarla məşğul deyillər. Əksini düşünmək isə sadəcə sadəlövhlük olardı”, - deyə XİN sözçüsü bildirib.

XİN sözçüsü onu da əlavə edib ki, Gürcüstan artıq çoxdan Qərbin Rusiyaya qarşı strategiyasının bir elementinə çevrilib.

Qeyd edək ki, Gürcüstanın NATO üzvlüyü məsələsi Rusiyanı ciddi narahat edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.