Kəşfiyyatdan Trampın Putini çağırmasına – Reaksiya

20-07-2018, 11:22           
Kəşfiyyatdan Trampın Putini çağırmasına – Reaksiya
ABŞ Prezidenti Donald Trampın Putini payızda Vaşinqtona dəvət etməsindən təəccübləndim. Putinin Vaşinqtona səfəri xüsusi bir hadisə olacaqdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının rəhbəri Den Kouts danışıb.

Məlumata görə, Kouts Kolorado ştatında forumda çıxış edərkən ona Trampın görüşlə bağlı tapşırıq verdiyi bildirilib. Bu zaman Kouts təəccübünü gizlətməyərək “Xahiş edirəm, bir daha təkrarlayın” deyib. Bundan sonra isə auditoriyanın gülüş sədaları altında “Olsun, bu nəsə xüsusi bir hadisə olacaq” cavabını verib.

Daha sonra Milli Kəşfiyyatın rəhbərindən Trampa Putinlə ikinci dəfə təkbətək görüşməyi məsləhət görüb-görməməsi soruşulub:

“Əgər bu məsələ məndən asılı olsaydı, bunu etməyin başqa yollarını axtarardım”.

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ Prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltona Rusiya liderini payızda Vaşinqtona dəvət etməklə bağlı göstəriş verdiyini açıqlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.