Ukraynada deputatlar canlı efirdə əlbəyaxa olublar - VİDEO
17-08-2018, 06:59
Ukrayna Ali Radasının deputatları Sergey Şaxov və İqor Mosiyçuk "Pryamoy" telekanalının efirində dava ediblər.
“Report” xəbər verir ki, əvvəlcə Şaxov həmkarı ilə gey-paradda iştirak etdiyini bildirib.
Əvəzində Moseyçuk ondan üzr istəməsini tələb edib. Qarşılıqlı təhqirlərdən sonra deputatlar telekanalın studiyasında bir-birinə yumruq atmağa başlayıblar.
Bununla belə telekanal öz "Facebook" səhifəsində məlumat yayıb ki, deputatlar arasında dava studiyadan çıxdıqdan sonra liftdə davam edib.