“Trampın strategiyası çökdü, onlar qalib gəlirlər” - HƏYACAN SİQNALI

17-08-2018, 07:15           
“Trampın strategiyası çökdü, onlar qalib gəlirlər” - HƏYACAN SİQNALI
Taliban hərəkatının son hücumları Donald Tramp administrasiyasının Əfqanıstan üzrə strategiyasının uğursuzluğunu yenidən gündəmə gətirdi.

Publika.az xəbər verir ki, “CNN International” telekanalının müxbiri Nik Paton Valş NATO və Əfqanıstan güclərinin çətin döyüşdə müvəffəqiyyət əldə edə bilməyəcəyini ifadə edib.

“Trampın Əfqanıstan strategiyası çökdü, Taliban qazanır. Burada görülməsi lazım olan məqam Əfqanıstan güclərində hərbi zəfər əlamətinin olmamasıdır. Üsyan metastasis (xəstəliyin bədənin digər bölgələrinə yayılması –red.) kimi yayılır, nəticədə İŞİD-ə dəstək təmin edilir və əfqan hökumətinin legitimliyini baltalayır”, - o bildirib.

Nik Paton Valşın sözlərinə görə, Taliban Qərbin yorğun olduğunu çox yaxşı bilir.

Xatırladaq ki, ABŞ prezidenti ötən ilin avqustunda ölkəsinin Əfqanıstan üzrə yeni strategiyasını imzalayıb. Strategiya ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin artırılmasını nəzərdə tutur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.