Roma Papası istefaya çağırıldı - Cinsi istismar qalmaqal

28-08-2018, 08:38           
Roma Papası istefaya çağırıldı - Cinsi istismar qalmaqal
Vatikanın Vaşinqtondakı sabiq səfiri, arxiyepiskop Karlo Mariya Viqano Roma Papası 1-ci Fransiski istefaya çağırıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, o, “National Catholic Register” adlı qəzetdə dərc etdirdiyi 11 səhifəlik məktubda kilsə daxilində cinsi istismara göz yumulmasına görə Papanı ittiham edib:

“Roma Papası uşaqlara istismar iddialarına görə ötən ay istefa verən kardinal Teodor Makkariklə bağlı məlumatları 2013-cü ilin 23 iyunundan bəri bilməsinə baxmayaraq, heç bir addım atmayıb. Kardinalla bağlı məlumatları Papaya birbaşa özüm demişdim. Onun əməllərini gizlətdiyi və digər kardinal və yepiskoplara örnək olması üçün ilk istefa verməli olan şəxs Papadır”.

Viqano sözlərinə əlavə edib ki, katolik kilsəsinin daxilində olan bu cinsi istismar şəbəkəsi məsum qurbanlarını öz torlarına salırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru