Monitorinqdən kəsilən universitetlər: 2 alan da, 0 alan da - CƏDVƏL

7-03-2019, 10:08           
Monitorinqdən kəsilən universitetlər: 2 alan da, 0 alan da - CƏDVƏL
Hazırda Azərbaycanda 39 dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. İnternet resursların həddən artıq inkişaf etdiyi dövrdə universitetlər bu imkanlardan necə yararlanır və ya ümumiyyətlə, yararlanırmı? Təhsil ocaqlarının rəsmi saytı varmı? Varsa, fəaliyyət qənaətbəxşdirmi?

Suallar həddən artıq çoxdur və Cebhe.info onların hər birinə ayrılıqda cavab tapmaq üçün universitetlərin rəsmi saytlarında monitorinq aparıb. Qeyd edək ki, hər bir ali təhsil ocağının özünəməxsus internet ünvanı - saytı var. Bu səbəbdən də Cebhe.info monitorinq əsasında Azərbaycanın dövlət ali təhsil müəssisələrinə məxsus olan 10 ən yaxşı saytın siyahısını tərtib edib.

Cədvəlin hazırlanmasında saytların dizaynı, məlumatın əhatəliliyi və operativlik, tələbə resursları, akademik fəaliyyət haqda məlumatlar nəzərə alınıb. Əslində, bütün universitetlərdə ödənişli ixtisaslarda tarifləri öyrənmək istəsək də, belə bir informasiyaya ümumilikdə rast gəlmədik.

Beləliklə, monitorinq nəticəsinə görə ilk pillədə Azərbaycan Tibb Universitetinin rəsmi ünvanı qərarlaşdı - amu.edu.az. Bu keçiddə yer alan universitetin rəsmi saytı funksionallığı ilə digərlərindən fərqlənir. Sadə və fərqli dizaynda yığılan saytda 8 əsas bölmə fəaliyyət göstərir. Alt kateqoriyalarda tələbələr, abituriyentlər və valideynlər rahat şəkildə informasiya əldə edə bilərlər. “Rektora yaz”, “Tələbə üçün test bankı”, “Elektron Universitet”, “Konfranslar və Kurslar”, “Xarici tələbələr üçün”, “Kafedralar”, “Sınaq imtahanı” kimi köməkçi bölmələr saytın əsas üstünlüklərindən hesab olunur. Saytın 3 dildə fəaliyyət göstərməsi üstünlük olsa da, ünvanı açan kimi gələn bildirişlərdə ilk məlumat hər üç versiyada Azərbaycan dilində çıxır. Azərbaycan Tibb Universitetinin rəsmi saytında ödənişlərin edilməsi və proseduru haqda məlumat göstərilsə də, ixtisasların qiyməti barədə nəsə tapmaq qeyri-mümkündür.

İkinci sırada Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi saytını qeyd etdik. admiu.edu.az ünvanında yerləşən sayt funksionallığı ilə seçilir. Xüsusi dizaynı ilə fərqlənən portalda Sosial Media Departamentinin işçiləri universitetin adına uyğun fəaliyyət göstərməyə cəhd ediblər. Xəbərlər bölməsində olan bəzi problemlər Mədəniyyət və İncəsənət Universitetinin rəsmi portalının bizim siyahımızda ikinci pillədə qərarlaşmasına səbəb olub. Multimedia sahəsində isə rəsmi sayt rəqiblərini xeyli üstələyir.

Üçüncü pillədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin saytı qərarlaşıb. Universitetin rəsmi ünvanı - asoiu.edu.az olaraq qeyd olunub. 3 dildə fəaliyyət göstərən saytda gündəlik xəbərlər, universitet haqqında məlumatlar yenilənir. Ümumiyyətlə, rəsmi sayt 4 əsas bölmə üzərində qurulub: ADNSU, Akademik fəaliyyət, Xidmətlər və Tələbə. Bu hissələrində özünəməxsus xüsusi alt kateqoriyaları var ki, buradan istədiyiniz məlumatları əldə edə bilərsiniz. Dövlət Neft və Sənaye Universitetinin rəsmi saytının dizaynı mükəmməlliyinə görə digər ali təhsil ocaqlarının saytlarından fərqlənir.

Aşağıda müəyyən kateqoriyalar və fəaliyyət növləri əsasında dövlət ali təhsil məktəbləri arasında 10 ən yaxşı internet portalı olan universitetlərin siyahısını 10 ballıq sistem əsasında təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.