Bu gün Vyanada Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş olacaq
29-03-2019, 09:25
Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
"Report"un xəbərinə görə, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.
Martın 28-də isə Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.